Saçların yağlı olmasının səbəbi saç köklərinin yanında yerləşən piy vəzilərinin sirrinin həddən artıq intensiv ifrazındadır. Bu, ona gətirib çıxarır ki, köklər, bəzən isə saç telləri qısa zamanda piyli olur. Ən pis halda, hətta yağlı kəpək də yarana bilər.
Dəri piyinin yüksək ifrazının bir sıra müxtəlif səbəbi ola bilər. Stres, qeyri-düzgün qulluq və balanslaşdırılmamış pəhriz də onların sırasına daxildir. Pubertat dövrdə, eləcə də hamiləlik və ya menopauza vaxtı baş verən hormonal dəyişikliklər də həmçinin piy vəzilərinin həddən artıq fəallığına gətirib çıxara bilər.
Bundan başqa, bir çox insanda həddən artıq dəri piyinin ifrazına genetik meyillilik vardır. Fəslin də öz təsiri var: yayda baş dərisi daha çox tərləyir, nəticədə saçlar daha yağlı görünür. Buna görə, saç kökləri sağlam olsun deyə, təravət hissi isə daha uzun müddət qalsın deyə, saçlara xüsusi qulluq lazımdır.