Filtr
Sıralamaq

Saçlarınızın sağlam və gözəl qalması üçün tövsiyə və ipucları

Belə gözəl saçlara sahib olduğunuz üçün özünüzlə qürur duya bilərsiniz! Lakin iş bununla bitmir, artıq istədiyinizə nail olduğunuza görə sahib olduğunuz gözəl və sağlam saçları qorumağa davam etməlisiniz. Saçlarınızla bağlı bütün ehtiyaclarınızı həll etmək, eyni zamanda təbii gözəlliyinizin və saçınızın hansı çətinliklərə məruz qalmasından asılı olmayaraq parlaqlığını təmin etmək üçün hazırlamış olduğumuz çox sayda məqalələrimizdən yararlana bilərsiniz. Saçları zədələnməkdən qorumaq, təbii gücünü və parıltısını saxlamaq – bu vacib sayılan əsas məsələlərdən biridir və bizim məqalələrdə bütün problemlərlə başa çıxmağınız üçün lazım olan məqalə, ipucları, məhsul tövsiyyələri ilə tanış ola bilərsiniz.

 

Öz saç tipinizi bilmək çox vacibdir

Saçların sağlamlığını və yumşaqlığını qorumaq və lazım olan qulluqla təmin etmək üçün saç tipimizi bilmək vacib xarakter daşıyır. Lazım olan məlumata sahib olmadan ehtiyac duyduğumuz parlaqlığı və fərqliliyi təmin edəcək məhsul və prosedurları seçmək çətindir. Saç strukturunuz yağlı ya da qurudur? Bəs onların uzunluğu, qıvrımlığı və rəngi? Doğru məhsul və mövqe seçdikdə ehtiyacları ödəmək heç də çətin deyil. Əsas məqsədimiz saç tipiniz və ona uyğun ən yaxşı məhsul və baxım proseduru seçdiyinizə əmin olmaqdır.

 

Necə olmasından asılı olmayaraq öz stilinizi seçin və davam etdirin

Gözəl saçlarınızın bu şəkildə qalacağına zəmanət vermək üçün bir çox variantları sınaqdan keçirə bilərsiniz və bu, ən yeni və ən böyük saç baxımı məhsullarına sahib olmaq üçün mütləq deyil. Saçınıza göstərdiyiniz qayğı çox vacibdir - fırçalamaq, fenlə qurutmaq, hətta seçdiyiniz stil və yaşadığınız iqlim. Soyuq, küləkli iqlim saçlarınızı tez qurumasına və tökülməsinə səbəb ola bilər. İsti, nəmli iqlim burulmasına və ya digər arzuolunmaz təsirlərlə nəticələnə bilər. Saçlarınızın belə fərqli iqlimlərə necə reaksiya verəcəyini bilərək, buna uyğun saçlarınıza lazımi tədbirləri seçə bilərsiniz. Siz həmin gözəl saçların ustasısınız və NIVEA bu şəkildə qalmağınıza zəmanət vermək üçün buradadır.