Quru dəri və ona qulluq
Bir çox insan qışda quru dəridən əziyyət çəkir, bəzilərində dəri anadangəlmə quruluğa meyllidir və ya ilin istənilən vaxtında dəri qulluğa və baxıma ehtiyac hiss edir. Quru dərinin görüntüsünün qarşısını almaq üçün hər gün qidalandırıcı losyon və ya bədən üçün maloçka tətbiq etməlisiniz, bunu duş və ya hamamdan dərhal sonra etmək daha məqsədəuyğundur. Bu vaxt tələb edir, amma buna dəyər və dəriniz sizə buna görə təşəkkür edəcək. Duş qəbul edərkən dəriyə qulluq üçün maloçka və ya
NIVEA duş losyonu istifadə edə bilərsiniz.
NIVEA duş məhsullarının yenilikçi tərkibi su ilə aktivləşir — yəni bədən quruduqdan sonra bədən losyonunu əlavə etmək lazım deyil. Dirsəklər və dizlər quru dərinin ən çox təsirlənən sahələridir. Bu nahiyələrdə dəri çox az yağ bezləri və dərialtı toxuma ilə təmin olunduğu üçün belə olur. Buna görə də, bu bölgələrdə, xüsusən qışda, yağ bezlərinin az yağ istehsal etdiyi zamanlarda ən intensiv baxıma ehtiyac var.
Bədən losyonu və ya bədən südü — fərq nədir?
Bədən losyonu ilə bədən südü arasındakı fərq ümumiyyətlə suyun yağla nisbətidir: bədən üçün maloçkanın tərkibində yağ çox, bədən losyonunda isə su çoxdur, buna görə də bədən nəmlənir. Bədən üçün maloçka ümumiyyətlə daha doymuş tərkibə malikdir, buna görə xüsusilə quru dərilərə uyğundur. Tətbiqdən sonra bədən losyonu bir soyutma təsiri bəxş edir. Bunun səbəbi tərkibdə suyun yüksək olmasıdır: losyon tətbiq edildikdən sonra dəridə xoş təravət hissi buraxaraq buxarlanmağa başlayır. Buna görə yayda bədən losyonundan istifadə xüsusilə xoşdur.