TƏK DƏRİ. TƏK PLANET. TƏK QAYĞI.

QAVRAYIŞIMIZ: KLİMATİK NEYTRALLIQ

İqlim dəyişikliyi ilə mübarizə insanlığın mütləq həll etməli olduğu ən önəmli məsələlərdəndir. Məhz buna görə NIVEA şirkəti qarşısında çox iddialı hədəflər qoyub, hansılar ki, şirkət səviyyəsində iqlimin müdafiəsinə doğru davamlı addımlar atmağa kömək edir. Şirkətin məqsədləri iqlim haqqında elmin son məlumatlarına tam uyğun gəlir və istehsal sahələrində CO2 tullantılarının mühüm dərəcədə azaldılması ilə yanaşı həmçinin dəyərin yaradılması zəncirimizlə əlaqəli ikinci dərəcəli tullantıları əhatə edir. İkinci dərəcəli tullantılardan danışarkən, biz ilk öncə NIVEA ticarət markası altında məhsulların istehsalı zamanı istifadə olunan inqrediyentlərqablaşdırma materialları ilə əlaqəli tullantıları nəzərdə tuturuq.

NIVEA-nın qlobal istiləşmə prosesinin ləngiməsində payı 2025-ci ilədək dəyərin yaradılması zəncirinin bütün mərhələlərində tullantıların cəmi həcminin 2018-ci il ilə müqayisədə 30 faizlik azaldılmasıdır. Bu hədəf qlobal istiləşməni 1,5 °C dərəcəyədək məhdudlaşdırmağın mütləq olduğundan bəhs edən müstəqil alimlərin tövsiyələrinə uyğundur.

NIVEA DƏRİYƏ QULLUQ ÜZRƏ DAHA EKOLOJİ VASİTƏLƏRİ NECƏ HAZIRLAYIR?

İqlimə təsir baxımından daha təhlükəsiz dəriyə qulluq məhsullarının yaradılması yolunda ilk addım CO2 tullantılarının artımına səbəb olan amillərin dəqiq müəyyənləşdirilməsidir. Dəvət edilmiş ekspertlərlə sıx əməkdaşlıq edərək biz NIVEA məhsullarının karbon izini ölçürük və bu zaman ümumi qəbul edilmiş elmi standartlara riayət edirik. Araşdırmalarımız məhsulun yaşam dövrünün hər mərhələsində istisnasız bütün parnik qazların tullantılarını əhatə edir.
Yaşam dövrünün təhlilinin nəticələri məhsullarımızın karbon izinin azaldılması üçün labüd olan tədbirləri müəyyənləşdirməyə imkan verir. Belə tədbirlər arasında — ekoloji təhlükəsizlik sertifikatlarına malik inqrediyentlərdən istifadə və ya ikinci dərəcəli xammaldan istifadə etməklə qablaşdırmanın istehsalı.

MƏHSULUN YAŞAM DÖVRÜNÜN MƏRHƏLƏLƏRİ HAQQINDA DAHA ÇOX MƏLUMAT

XAMMAL İSTEHSALI

Yaşam dövrü resursların ətraf mühitdən əldə edilib sonrakı emal üçün ötürüldüyü anda başlayır. Bu mərhələ məhsulların hazırlanması üçün lazım olan inqrediyentlərin NIVEA istehsalat gücünə daxil olması ilə tamamlanır.

MƏHSULUN HAZIRLANMASI

İstehsal mərhələsi məhsul inqrediyentlərinin zavodlarımıza daxil olması ilə başlayır və hazır məhsul istehsal sahəsini tərk etməsi ilə bitir.

DİSTRİBUSİYA

Məhsul istifadəçilərə yollanılır. Bu zaman logsistika zəncirinin müxtəlif mərhələlərində məhsul saxlanılmaya yerləşdirilə bilər. Distribusiya mərhələsinə zavodun qapılarından anbarlara, mağazalara və ya istehlakçının evinə qədər daşınma daxildir.

İSTİFADƏ

İstifadə mərhələsi istehlakçının məhsuldan necə istifadə edəcəyini təsvir edir. Bizim dəriyə qulluq vasitələrimizin tətbiqi CO2 tullantıları ilə bağlı olmasa da, bu mərhələdə məhsullarımızla dolayısı ilə əlaqəli olan tullantılar qeydə alınır. İlk növbədə, bu, vasitəni dəridən yuyub aparmaq üçün suyun isidilməsinə sərf edilən enerjidir. Bizim məhsuldan istifadə zamanı tullantılara nəzarət etmə imkanımız yoxdur, deməli bu mərhələ məhsullarımızla əlaqəli tullantıların neytrallaşdırılması kontekstində nəzərə alınmamalıdır.

UTİLİZASİYA

Yaşam dövrünün sonuncu mərhələsi istehlakçı məhsul və onun bağlamasını tulladığı anda başlayır və məhsul tullantılar şəklində ətraf mühitə qayıtdığı və ya digər məhsulun yaşam dövrünün bir hissəsinə çevrildiyi (emal edilmiş xammal kimi) anda bitir.

İQLİM ÜÇÜN NEYTRAL OLAN DUŞ VASİTƏLƏRİNİ TƏQDİM EDİRİK

NIVEA-dan yeni duş vasitələri ekoloji təhlükəsizlik və resursa qənaət prinsiplərinə həmişəkindən daha çox cavab verir:

  • Tərkibə daxildir: dərini qoruyan və tərkibində mikroplastik olmayan, 98% bioparçalanan yağ və vitaminlər. Palma (palma ləpəsi) yağı əsasında olan inqrediyentlərin 100%-i dayanıqlı mənbələrdən əldə edilib.
  • Flakonlar əvvəlkinə nisbətən 25% daha yüngül olub və 97% emal edilmiş polietilendən (şəffaf olmayan flakonlar) və ya PET plastikdən (şəffaf flakonlar) hazırlanıb.
  • Qablaşdırmanın çəkisinin azalması daşınma zamanı tullantıları da azaltmağa imkan verir. Bu işləmələr, 250 ml həcmli cari və yeni butulkanı müqayisə etdikdə, qablaşdırma ilə əlaqəli tullantıların ümumi olaraq 32% azalmasını təmin edir. Bu məhsul xəttinin bütün vasitələri Berlində yerləşən zavodumuzda istehsal olunur, hansı ki, 2022-ci ildən etibarən yalnız bərpa olunan mənbələrdən əldə edilən elektrik və bioqaz ilə çalışır.

*Emal edilmiş plastikdən istifadə sayəsində karbon qazı tullantılarının 32% azalması. İlkin plastikdən hazırlanmış əvvəlki qablaşdırma ilə müqayisədə.

NIVEA CO2-nin TƏBİİ HOPDURULMASINI NECƏ DƏSTƏKLƏYİR

2022-ci ildə biz səylərimizi iqlimə təsiri azaltmağa yönəlmiş layihələri dəstəkləməyə istiqamətləndirərək iqlimə qayğı ilə bağlı tarixçəmizdə yeni səhifə açdıq. Bu layihələr karbon qazının təbii yolla hopdurulmasına səbəb olmaq məqsədi daşıyır, məsələn, meşə əkmələrinin sahəsini artırmaq yolu ilə.

Bu cür layihələrdə iştirak edərək biz əminik ki, ətraf mühitin qorunması məsələsində daimi şəkildə gerçək payımız olur, və bizim etdiklərimizi ölçmək və dəyərləndirmək mümkündür ki, bunu da müstəqil ekspertlər təsdiqləyir. Bütün bunlar məhz ekspert təşkilatları ilə əməkdaşlıq, habelə yalnız sertifikasiyadan keçmiş və beynəlxalq standartlara uyğunluğu mütəmadi olaraq yoxlanılan layihələri (Yoxlanılmış karbon standartı (VCS) və ya Qızıl standartı kimi) dəstəkləməyimiz sayəsində mümkün oldu.

İQLİMİ QORUMA ÜZRƏ LAYİHƏLƏRİMİZ

QUANARADA (URUQVAY) MEŞƏNİN BƏRPASI

Quanaradakı layihənin sahəsi 300 ildən çox qaramal üçün otlaq olub. Sənaye heyvandarlığı şərqi Uruqvayın bütün kənd landşaftında öz izini buraxıb. İş yerlərinin çatışmazlığı, ağır iş şəraiti, daima azalan bioloji müxtəliflik. Quanaradakı meşə əkimlərinin bərpası üzrə layihə ilk növbədə evkalipt ağaclarının əkimini nəzərdə tutur: 21 000 hektar və bir hektara 1 000-dən çox əkmə xətti. Bu, hələ də qaramal üçün otlaq olan ot yerlərində dayanıqlı meşə massivləri əkməyə imkan verəcək. Meşə yaşam mühitinin bərpası bioloji müxtəlifliyin qaytarılmasına, meşə hazırlama sənayesinin (FSC standartı) və bütövlükdə bölgənin dayanıqlı inkişafına aparan birbaşa yoldur.

PARAQVAYDA MEŞƏ MASSİVLƏRİNİN BƏRPASI

Nə az nə çox, düz 500 il ərzində Paraqvay öz çəmən və preriyalarının böyük hissəsini maldarlıq üçün istifadə edib. Ölkənin əsas ixrac məhsulu yüksəkkeyfiyyətli mal ətidir. Meşələrin geniş miqyaslı kəsimi sözün əsl mənasında Amazon tropik meşələrində çox geniş yer alıb. Bugünkü gündə ekspansiv, xarabalaşmış otlaq-çəmən sahələrinin ərazisində meşə massivlərinin bərpası həyati vacib bir məsələyə çevrilib. Onun həlli Cənubi Amerikanın təbii resurslarına olan təzyiqi azaltmağa və Yer kürəsinin atmosferindən ziyanlı karbon tullantılarını azaltmağa imkan verəcək. Şərqi Paraqvayda yerləşən layihə çərçivəsində artıq 2 700 hektardan çox ərazidə meşə massivi bərpa edilib, 1 100 hektarı isə yaxın illərdə bərpa etmək planlaşdırılır. Bundan əlavə, əhalinin aztəminatlı təbəqələrinə kömək edərək ədalətli iş şəraiti, maaş, işçilərin təlimi, gender bərabərliyinin gücləndirilməsi üçün imkanlar və təkmilləşdirilmiş infrastruktur təmin edir.

VİÇADA – KOLUMBİYA

Layihənin baş qərargahı olduqca inanılmaz bioloji müxtəlifliyi ilə seçilən Orinoko çayının hovuzunda yerləşir. Burada meşələrin kəsimi ucbatından yox olma həddinə çatmış iki ekosistem mövcuddur. Puerto-Karrenyodakı layihə ərazinin böyük hissəsinin xarabalşmasına gətirib çıxaran ekstensiv maldarlığa kommersiya baxımından uyğun bir alternativ yaratmağı hədəfləyib. Bölgədə meşə örtüyünün sahəsinin artması təbii üsulla karbonu tutmağa və hopdurmağa, həmçinin ağac istehsalı üçün dayanıqlı mənbə təmin etməyə imkan verəcək. Yerli mütəxəssislərin başçılığı altında 200-ə yaxın yerli işçi 3 000 hektar ərazidə diqqətlə seçilmiş aborigen ağac növlərini əkir, cücərtilərə qulluq edir və əkmə ağaclar yetişdirirlər. Layihə torpaqları karbonun hopdurulması və saxlanılması üçün sağlam zonaya çevirərək onlardan istifadə üsulunu dəyişir.
Karbon qazının tutulması və saxlanılması texnologiyası ilə yanaşı iqlim dəyişikliyi ilə mübarizənin ən effektiv üsullarından biri, sözsüz ki, ağac əkimidir. Lakin iqlimə təsiri azaltmaqla bağlı layihələr daha da irəli gedib: onlar iş yerləri yaradır, əhalinin ən həssas təbəqələrinin həyatının keyfiyyətini yüksəldir və bioloji müxtəlifliyi bərpa edir. Meşə əkmələrinin bərpası üzrə layihələrimizdən üçü Cənubi Amerikada yerləşir.

2030-cu İLƏDƏK KLİMATİK NEYTRAL İSTEHSAL

Bizim planeti və onun əhalisini qorumaq istəyimiz həm də NIVEA dəriyə qulluq vasitələrinin istehsalı üçün istifadə etdiyimiz üsullarda öz əksini tapır. 2019-cu ilin sonundan etibarən bütün zavodlarımız yalnız bərpa olunan mənbələrdən əldə edilən elektrik ilə işləyir. Bu, enerji istehlakı ilə əlaqəli olan CO2 tullantılarını mühüm dərəcədə azaltmağa imkan verdi. Lakin biz karbon izimizin bundan sonra da azalmasına ümid edirik, hansı ki, yekun nəticədə, artıq 2030-cu ilə istehsalı iqlimə təsir üzrə tam neytral etməyə imkan verəcək.

TƏK DƏRİ. TƏK PLANET. TƏK QAYĞI.

Hədəfimiz tam şəffaflıqdır. NIVEA-nın sosial və ekoloji məsuliyyətinə dair bütün suallarınızı cavablandırmağa çalışırıq. Əgər sizi maraqlandıran bütün suallara cavabları bizim veb-saytımızda tapa bilmədinizsə, yaxud sizə daha ətraflı məlumat lazımdırsa, NIVEA-nın ana şirkəti olan Beiersdorf-un dayanıqlı inkişafına həsr edilmiş veb-sayta daxil olun.