NIVEA planetimizə və buradakı bütün canlılara hörmətlə yanaşır. Artıq uzun illərdir ki, heyvanlar üzərində testləri əvəz edə biləcək, NIVEA məhsullarının dözümlülüyü və effektivliyini sınamaq üçün fürsət təqdim edə biləcək alternativ test metodlarının axtarış və inkişafını dəstəkləyirik.
NIVEA brendi — kosmetik araşdırmalarda liderlərdən biridir- dünya üzrə 50-dən çox tərəfdaşa malik zəngin əməkdaşlıq tarixi mövcuddur. Və əməkdaşlığın əsas məqsədi — kosmetik vasitələrin alternativ sınağı ilə əlaqədardır. Bir sıra yeni sınaqlar, hətta İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən də təsdiqlənmişdir.
Bundan əlavə sınaqlar hələ də davam edir. Bundan əlavə Beiersdorf şirkəti texnologiyada «çip» in inkişafını dəstəkləyir: sistem bir neçə növ insan hüceyrələrini və toxumalarını birləşdirir və kiçik miqyasda insan biologiyasını simulyasiya edir, bu isə kosmetikanın vitro-ya (canlı olmayan orqanizmə) təsirini yoxlamağa imkan verir.
Kosmetik vasitələrin alternativ sınaq metodlarının dünyada qəbul olunmasına nail olmağa çalışırıq. Hal-hazırda bir sıra dünya ölkələrində — məsələn, Çində — qulluq vasitələrinin hayvanlar üzərində sınağı yerli qanunlara görə vacib xarakter daşıyır. Bizim əsas məqsədlərimizdən biri də belə dünya ölkələrinə əksini sübut etməkdir.